Əhmədinejat  prezidentliyə namizəd   ola bilər
26 may 2024 12:15 (UTC +04:00)

Əhmədinejat prezidentliyə namizəd ola bilər

İranın keçmiş prezidenti, daha əvvəl namizədliyinə Konstitusiya Keşikçiləri Şurası tərəfindən veto qoyulmuş Mahmud Əhmədinejad iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün şərtləri dəyərləndirdiyini bildirib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Mahmud Əhmədinejad evinin qarşısına gələn və ondan namizəd olmasını xahiş edən tərəfdarlarına müraciət etdiyi görüntüdə deyib: " Mən şərtləri qiymətləndirirəm və bu gün hansı hərəkətlərin ölkənin, xalqın və bugünkü İranın maraqlarına uyğun olduğunu ölçüb-biçirəm”.

Ölkənin şərtlərinin həssas olduğunu bildirən Əhmədinejad, “Sizlərin arzudağınız kimi qiymətləndirirəm və nəticəsini sizə açıqlayacağam” deyib.

2005-2013-cü illərdə ölkədə iki müddət prezident olan mühafizəkar siyasətçi Əhmədinejad 2017-ci ildə keçmiş prezident Həsən Ruhaniyə qarşı alternativ olmaq istəsə də, namizədliyi rədd edilib.

Əhmədinejadın 2021-ci ildə keçirilən prezident seçkilərində mayın 19-da helikopter qəzasında həlak olan prezident İbrahim Rəisiyə qarşı namizəd kimi iştirak etmək istəyi Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən yenidən veto edilib.

Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə prezident səlahiyyətlərinin icrasına başlayıb.

İran Konstitusiyasına görə, hazırkı prezidentin vəfat etdiyi halda parlamentin sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün lazımi tədbirlər görməlidir. .

Bununla bağlı mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Oxşar yazılar