Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus təyyarə Danimarkanın Billun şəhərindən Frankfurta kabinədən gələn tüstü qoxusuna görə Hannoverdə məcburi eniş edib.
Lent.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Bildirilib ki, 89 sərnişin və 4 ekipaj üzvü xəsarətsiz təyyarəni tərk edib. Tüstü və qoxuya baxmayaraq, təyyarədə yanğın aşkarlanmayıb.
Aviaşirkət mütəxəssisləri hadisə ilə bağlı araşdırmaya başlayıb.