Ceyla plastik əməliyyat olunduğunu etiraf edib.
Lent.az-ın “gecce.az”-a istinadən məlumatına görə, ifaçı burnunu kəsdirib.
“Plastik əməliyyata normal baxıram. Özüm də bu yaxınlarda etdirmişəm. Heç bir kompleksim yox idi, amma dostlarım çox təkid edirdi ki, burnumu düzəldirəm. Sümük problemim yox idi, sadəcə ucunda düzəliş olunub. İlk vaxtlar hiss etməsəm də, bir müddət sonra çox dəyişdiyimin fərqinə vardım.”