Murad Arifdən YENİ LAYİHƏ - “Popumuz var”
01 mart 2018 18:17 (UTC +04:00)

Murad Arifdən YENİ LAYİHƏ - “Popumuz var”

Aparıcı-bəstəkar Murad Arif ölkə şou-biznesinə səs salacaq “Popumuz var”adlı internet-layihəyə start verib. Lent.az-ın məlumatına görə, Murad, 2002-ci ildə Space, 2006-cı ildə İctimati radio və 2010-cu ildə Online Radioda apardığı “Məşhurlarla Hitparad” formatına yenidən qayıdıb. Lakin, bu dəfə hitparad video şəklində təqdim olunur. Avtomobil idarə edərək ölkə tanınmışları ilə yola çıxan Murad Arif, “dost yolda bəlli olar” deyib onları çətin sınağdan keçirəcək. Aparıcının ilk qonağı isə “Buludlar” mahnısını ilə sevilən reqqi ifaçısı Cin (Ceyhun Zeynalov) olub. Qalmaqaldan, söz-söhbətdən uzaq gəzən Ceyhun həmkarlarını diqqətlə şərh edib. Ceyhunun Əməkdar artist Tünzalə Ağayeva haqqındakı iradı daha çox diqqət çəkib. İfaçı, Ağayevanın keçmiş illərdəki ifasının qeyri-peşəkarlığı ilə daha səmimi və canayaxın olduğunu qeyd edib. Əməkdar artistin vokal dərslərindən sonra dəqiq və qüsursuz ifası müğənniyə əvvəlki kimi zövq vermir.

 

Müğənni Ceyhun Zeynalov uzun müddətdir aralarında soyuqluq yaşanan həmkarı Miri Yusif haqda da danışıb. Ceyhun, əslində münasibətlərin normal olduğunu söyləyərkən, hətta Miri Yusifin ilk mahnısının aranjimançısı (“Sənin üçün”) olduğunu da xüsusi vurğulayıb. Sevilən ifaçı, repçi yaxud rokçuların hökmən narkotik aludəçisi olmasını da inkar edib. Sitat: “Elə, ifaçılarımız var ki, çox mədəni və səliqəli repertuarları, nümunəvi obrazları var. Lakin narkotiklərdən istifadə edir. Bir sözlə narkomanlıq oxuduğun janra bağlı deyil”.

 

Qeyd edək ki, “Popumuz var” verilişinin yaş həddi +18dir. Proqramda TV verilişlərinə xas olmayan sərbəstlik və açıqsözlülük var. Görünür bu səbəbdəndir ki, Murad Arif bu proqramı heç bir televiziyada etmək istəməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar