Cavan Zeynallıdan “Eurovision-2013” təmsilçimizə qarşı cəza
“Onun hörmətsizliyindən sonra, mobil nömrəsini də telefonumdan silmişəm. Bundan sonra heç onun zəngini gözləmirəm. Çünki o mənim adımı heç bir yerdə hallandırmadı”. Bunu Lent.az-a əməkdar artist Cavan Zeynallı bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Fərid Məmmədovdan söz açarkən deyib. O, Fəridə qarşı böyük iradlarının olduğunu vurğulayıb:
“Mən də, Aybəniz Haşımova da Fəridin müəllimi olmuşuq. Sizə deyim ki, onun bu il məlum yarışmadakı uğurlu çıxışından sonra zəngini gözlədim. Amma o nə etdi? Zəng eləmədi. Etməsin. Artıq onun mənim adımı haradasa qeyd etməsi önəmli və əhəmiyyətli deyil. Ona və Aybəniz Haşımovaya iradlarım var. Sözümü onlarla qarşılaşdığım zaman deyəcəm”.