Cangüdənləri Coni Deppi məhkəməyə verdi
03 may 2018 03:45 (UTC +04:00)

Cangüdənləri Coni Deppi məhkəməyə verdi

Məşhur amerikalı aktyor Coni Deppin cangüdənləri Yucin Arreloa və Miqel Sançez onu məhkəməyə verib.

 

Lent.az-ın “oxu.az”a istindən xəbərinə görə, bu barədə TMZ portalı məlumat yayıb.

 

2016-cı ildən bəri Deppi mühafizə edən cangüdənlər, aktyorun onları istismar etdiyini və çətin durumlara saldığını bildirib.

 

Cangüdənlərin sözlərinə görə, onlar həm Deppin sürücüsü olub, həm onun övladlarına dayəlik edib, bəzi hallarda isə Deppin narkotik vasitə və spirtli içkilər daşıdığı avtomobili idarə etməli olub.

 

Onlar əmin edir ki, Depp əlavə xidmətlərə görə, onlara bir qəpik belə ödəməyib.  Cangüdənlərin iddiasına əsasən, aktyor onların nahar fasiləsinə çıxmasına da  imkan verməyib.

 

Arreloa və Sançez həmçinin Deppin gecə klublarında özünü qeyri-adekvat apardığından və onların işini bununla çətinləşdirdiyindən gileylənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932
avatar

Oxşar yazılar