Fransa prezidenti Emmanuel Makronla xanımı Bricit Makron Yelisey sarayında Livanın prezidenti Mişel Aun, onun xanımı Nadya və qızlarını qəbul ediblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın birinci xanımı görüşün rəsmi hissəsi üçün ağ kofta və qara pencək, şalvar seçimi edib. Biricitin geyimini livanəsilli fransız dizayner Eli Saab hazırlayıb.
Ailələr arasında şam yeməyi üçün isə Bricit qara libas geyinib. Lakin birinci xanımın bu libası və corablarının rəngi həm dizaynerlərin, həm də sosial şəbəkə istifadəçilərinin xoşuna gəlməyib. Onlar bu seçimi uğursuz adlandırıblar.