Bakıda Sibel Canı izləmək üçün 500 manat...
17 may 2013 12:07 (UTC +04:00)

Bakıda Sibel Canı izləmək üçün 500 manat...

Türkiyənin tanınmış müğənnisi, estrada ulduzu Sibel Can Azərbaycana gəlir. Müğənni iyunun 25-də “Hollivud” əyləncə mərkəzində canlı konsert proqramı ilə çıxış edəcək.  

 

Bu barədə Lent.az-a konsertin təşkilatçısı, "Səs Muzic Orqanization"un rəhbəri Nahid Eminoğlu məlumat verib. Onun sözlərinə görə, orkestri ilə birgə paytaxtımıza təşrif buyuracaq Sibel Can 3 saatlıq konsert proqramı ilə Bakı sakinlərini əyləndirəcək.

 

“Gecədə bir çox sürprizlər gözlənilir. Ola bilsin, yerli sənətçilərimiz də çıxış etsin. Sibel Can azərbaycanlıların sevdiyi müğənnilərdəndir. Yayın isti günlərinə məhz Sibel sərinlik qatacaq”.

 

Onu da bildirək ki, restoranda baş tutacaq konsertin biletlərinin qiyməti 300-500 AZN arasıdır.

 

Konsertin informasiya dəstəkçisi Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120

Oxşar yazılar