“Siqaret çəkirdim. Artıq dörd aydır atmışam”. Lent.az-ın məlumatına görə, bu sözləri ANS-in “İncə+" verilişinin qonağı olan müğənni Elmira Ələkbərzadə deyib. O, bildirib ki, ana olmaq istədiyi üçün bu addımı atıb: "Bilirsiniz, 2008-ci ildən pəhrizdəyəm. İçki də içmişəm, indi isə yox. Hətta indi spirtli içgilərin qoxusunu da götürə bilmirəm. Siqaret də çəkirdim. Dörd aydır ki, onu da atmışam. Ana olmaq üçün zərərli şeylərdən uzaq durmaq lazımdır".
E.Ələkbərzadə verilişə qeyri-adi imicdə çıxıb. İfaçının yeni görkəmi maraqla qarşılanıb.