Prodüser Təranə Səmədova “Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişi ilə yollarını ayırıb. Lent.az-a açıqlama verən prodüser deyib ki, müəyyən səbəblərə görə, o, aparıcılıq fəaliyyətinə son qoyub: “Hər şeyi əvvəli olduğu kimi sonu da var. Aparıcılıq etdiyim verilişdə müqaviləm bitdi deyə, yayım dayandırıldı. Amma bu o demək deyil ki, aparıcılığa son qoydum. Yox, qarşıda layihələr var. Tamaşaçılar gözləsinlər. Sözün açığı indi əsas diqqətimi prodüserlik fəaliyyətimə yönəltmişəm. Bilirsiniz ki, gənc müğənni Boris Bayramovla iş birliyim var. Borisin ifa etdiyi “Yollar ayrıldı” adlı bəstənin klipin çəkilişlərinə başlamışıq. Mahnın sözləri Azər Şirinə, musiqisi, aranjemanı isə Tərlan Məmmədhüseynova məxsusdur. Rejissor isə Tural Ceferovdur. Düşünürəm ki, yenidən prodüserliyə qayıdışım uğurlu olacaq”.
Qeyd edək ki, T.Səmədova onu da əlavə edib ki, artıq yeni layihə üçün B.Bayramov fotoqraf Niko Abbasovun fotokameralar önünə keçib.