Gənc müğənni Aysel Əlizadə Gənc Tamaşaçılar Teatrında “Danışan gəlincik” tamaşasına daxil edilən mahnılardan birini ifa edib. Lent. az xəbər verir ki, bəstəkar Gövhər Həsənzadəyə məxsus olan mahnı artıq tamaşada təqdim olunub. G. Həsənzadə mahının hazırlıq prosesində iştirak edərək Ayselə dəstək olub.
Müğənni öz növbəsində bəstəkarla işbirliyinin neçə il əvvələ söykəndiyini vurğulamaqla, bundan sonra davam edəcəyini bildirib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur.