Azərbaycanlı müğənni Emil Bədəlov yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı musiqisi Aynur Adilqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus “Yağış” adlı mahnı oxuyub.
Qeyd edək ki, Emilin yeni mahnısının aranjemanı Kürşad edib. Səs rejissorluğunu isə öz üzərinə bəstəkar Hacı Nazim Məmmədov götürüb.