Azərbaycanlı müğənni övladlığa uşaq götürüb
24 noyabr 2015 15:19 (UTC +04:00)

Azərbaycanlı müğənni övladlığa uşaq götürüb

Müğənni Fədayə Laçın övladlığa uşaq götürüb.

 

Lent.az-ın məlumatına görə, ifaçı “Ondan sonra” verilişində bildirib ki, atası və anasını itirmiş bir oğlan uşağı onun himayəsindədir: “Övladlığa götürdüyüm oğlan uzaq qohumumdur. Onun atası, anası öldü, indi mən baxıram. Oğlumla çox yaxşı dost idi, günlərin bir günündə dedim ki, bəlkə bizdə qalasan? O, da razılaşdı. Onun indi 21 yaşı var, adı da Ayxandır. İnsan yaxşılıq edəndə istəməz ki, dilə gətirsin. Amma bu söhbət artıq açılıb. Son vaxtlar deyirəm, iki övladım var. Övladlığa götürsəm də, hələ sənədləşdirməmişəm. Sənədsiz belə, oğlumun qardaşıdır. Uşağın bibisi, xalası var. Amma deyir ki, anamın qoxusunu səndən alıram. Hətta maşınım öz doğma oğlumun adına deyil, onun adınadır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar