Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı müğənni Qismət olub. İfaçı veriliş üçün xüsusi olaraq Bakı plovu hazırlayıb. Onun necə yemək bişirməsinə qiyməti mərhum bəstəkar Şəfiqə Axundovanın mənəvi oğlu Eldar Ələkbərov, nəğməkar şair Vüqar Əhməd və prodüser Yaqub Cavadov veriblər. İfaçının açdığı süfrə və yemək qonaqların ürəyincə olub.
Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.
Qeyd edək ki, “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır.