Azərbaycanlı müğənni: “Həmkarlarımı dəvət etməyəcəm”
28 oktyabr 2013 17:29 (UTC +04:00)

Azərbaycanlı müğənni: “Həmkarlarımı dəvət etməyəcəm”

Müğənni Miri Yusif dekabrın 21-də Heydər Əliyev Sarayında “Ağ qarğa” adlı konsert verəcək. Sənətçi bu gün bununla bağlı mətbuat konfransı keçirib. Lent. az-ın məlumatına görə, konfransda görəcəyi işlərdən danışan M. Yusif bildirib ki, konsertinə heç bir həmkarını çağırmayacaq: “Solo konsertimə yalnız media işçiləri dəvət olunacaq. Heç bir həmkarıma dəvət göndərməyəcəm. Onlardan hansısa konsertimə gəlmək istəsə, biletlər kassalarda satılır, gedib əldə edə bilərlər”.

 

İfaçı onu da əlavə edib ki, konsertində “Ağ qarğa” adlı albomunu da satışa çıxaracaq. Xatırladaq ki, biletlərin qiyməti 20-100 manatadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351
avatar

Yalçın UĞUR

Oxşar yazılar