Müğənni Emil Bədəlov ikinci dəfə Həcc ziyarətinə yola düşüb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Allaha min şükür ki, mənə bir daha Həcc ziyarəti nəsib oldu. Allah arzu edənlərə, getməyənlərə nəsib etsin. İnşallah bütün dostlarıma, yaxınlarıma dua edəcəm”.
Qeyd edək ki, E.Bədəlov ilk dəfə Həcc ziyarətində 2013-cü ildə olub.