Azərbaycanlı model Türkiyədə...
01 aprel 2013 11:00 (UTC +04:00)

Azərbaycanlı model Türkiyədə...

“Best Model of Azerbaijan 2013”-un prezidenti, Türkiyədə yaşayan model Günay Musayeva yeni televiziya layihəsinə qatılacaq. Lent. az-ın məlumatına görə, model “Med Yapımın” hazırladığı və “Show TV” kanalında yayımlanacaq “Ben Buradan Atlarım” yarışmasında iştirak edəcək. Bu aydan etibarən hər həftənin bazar günü yayımlanacaq veriliş “'High Dive” dünya şousunun analoqudur. Yarışmada Türkiyənin bir çox tanınmışları özlərini sınayacaqlar. Yarışma 10 həftə yayımlanacaq. İştirakçılar  3, 5, 7 metrlik tramplindən atlanacaqlar. Onları münsiflər qiymətləndirəcək. Ancaq Günay yüksəklikdən qorxur, üzməyi də bacarmır. Ona görə də xüsusi üzgüçülük dərsləri keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851

Oxşar yazılar