“V&V company”nin rəhbərlərindən olan Vadim İlişayev Antalyada toyu olub.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, mərasimdə şoumen Murad Dadaşov, prodüser Tolik, aparıcı Afaq Gəncəli, müğənnilər Sevda Yahyayeva, Elton Hüseynəliyev, Elçin Cəfərovla yanaşı türkiyəli rəqqasə Didəm də iştirak edib.
Toy mərasimindən fotoları qonaqlar İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, Vadim və Valeriy qardaşları “Qrand” mükafatının təsisçiləri kimi tanınırlar. Valeriy İlişayev ailəlidir, iki övladı var.
Onu da qeyd edək ki, toy Antaliyada yerlə.ən "Mardan Palace" otelində keçirilib. Bu otel məşhur azərbaycanlı milyonçu Telman İsmayılova məxsusdur.