Azərbaycanlı iş adamı Rza Zərrab və həyat yoldaşı, müğənni Ebru Gündeş xeyriyyə təbirinə qoşulublar. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xeyriyyə tədbirlərinin birinə qatılan cütlük fiziki qüsurlu insanlar üçün 900 ədəd əlil arabası bağışlamaq qərarına gəlib. Bildirilib ki, arabanın birinin qiyməti 1400 dollardır.
Məlumatda bildirilir ki, bundan öncə də cütlük 100 qüsurlu insana əlil arabası bağışlayıb.