İstanbuldan yenicə ev alan xalq artisti Aygün Kazımova bir neçə saat olar ki, Bakıya qayıdıb. Lent.az-ın məlumatına görə, bu barədə xalq artisti Faiq Ağayev özünün “Facebook” səhifəsində yazıb: “Təsadüfə bax. Demək olar ki, vətəndən eyni zamanda getdik. Gecə də (mən təyyarədən düşər - düşməz) telefonuma ilk zəng edən Aygün Kazımova oldu. Məndən bir neçə dəqiqə əvvəl Türkiyədən Bakıya gəlibmiş o. Sən də Azərbaycana xoş gəldin, gülüm”.
Qeyd edək ki, A. Kazımova iyunun əvvəlində Azərbaycanı tərk etmişdi.