Azərbaycanda evlilik təklifi alan türkiyəli müğənni: <span style="color:red;">“Düşünəcəm” – MÜSAHİBƏ
13 noyabr 2014 13:25 (UTC +04:00)

Azərbaycanda evlilik təklifi alan türkiyəli müğənni: “Düşünəcəm” – MÜSAHİBƏ

“Azərbaycanlı müğənnilərin heç biri ilə dost deyiləm. Sadəcə bir neçəsinin adlarını eşitmişəm. Mahnılarına da qulaq asmamışam”. Bunu Lent.az-a müsahibəsində Azərbaycanda qonaq olan türkiyəli müğənni Emrə Kaya deyib. O xeyli maraqlı məqamlara toxundu. Şəxsi həyatından, paytaxtımızda mənzil almaq istəməsindən və azərbaycanlı prodüser-aparıcının ona evlilik təklif etməsindən danışdı.

 

- Artıq bir neçə gündür ki, Azərbaycandasınız. Təəssüratlarınız...

 

- Buraya ayaq basdığım andan etibarən Bakı mənə çox doğma gəldi. Çünki əslində Türkiyədə qürbətdəyəm. Mənim əsil vətənim Azərbaycandır. Buranın insanlarından o qədər diqqət gördüm ki, Türkiyəyə qayıtmaq istəmirəm.

 

- Burada ən çox hansı sualı eşitdiniz?

 

- (Bir az düşünür) Ən çox 2 sualı eşitdim. “Bakıya niyə bu qədər gec gəldiniz?” və “Türkiyənin hansı tanınmış müğənnilərinə bəstələrinizi vermisiniz?”

 

 

- Azərbaycanda olan tanınmış simaların hansını tanıyırsınız?

 

- Bir çoxlarının adlarını bilirəm. Amma şəxsi tanışlığım, dostluğum yoxdur.

 

- Məsələn hansı sənətçilərin adlarını bilirsiniz?

 

- Aygün Kazımova, Röya və Azəri Günel Zeynalovanı tanıyıram. Amma yenə deyirəm, dostluğumuz yoxdur.

 

 

- Artıq bir neçə gündür ki, paytaxtımızın qonağısınız. Bir neçə televiziya proqramlarında qonaq oldunuz və müsahibələr verdiniz. Azərbaycanda tanınmaqla Türkiyədə tanınmaq arasında fərq var?

 

- Sizə bir söz deyim, Türkiyədə məşhur olmaq elə də asan deyil. Çətinliklər var. Düşünürəm ki, Azərbaycanda da tanınmaq çətindir. Amma bu nə qədər çətindir, bunu dəqiq deyə bilmərəm. Bəlkə də asandır. Artıq 5 gündür burdayam. Heç bir problemlə rastlaşmamışam. Amma illərdir Türkiyədəyəm, orada nə çətinliklər varsa bilirəm.

 

- Türkiyədə tanındığınız qədər Azərbaycanda da tanınmaq istəyərdiniz?

 

 - Məşhur olmağı kim istəməz? (Gülür) Əlbəttə ki, Azərbaycanda tanınmaq istəyərdim. Çünki bura mənim öz vətənimdir. Doğma yurdumda daha da məşhur olmağım xoş olar.

 

- Azərbaycanda daha məşhurlaşmaq üçün nə etməyi düşünürsünüz?

 

- Burada yaşamağım üçün ev almağı düşünürəm. Buranın insanları mənə qarşı çox yaxşı davrandı. Artıq burada özümə yaxşı dostlar qazanmışam. Adlarını açıqlamayacam. Amma həmin insanlar Azərbaycanda çox önəmli insanlardan biridirlər.

 

- Keçək şəxsi həyatınıza. Ailə qurmaq fikriniz varmı?

 

- Həyatda hər şey ola bilər. Mən hər zaman şəxsi həyatımla bağlı mənə ünvanlanan suallardan qaçmışam. Hələ ailə qurmaq istəmirəm. Amma biri ilə gözəl həyat yaşayıram. Həyatımızı belə davam edirik. Amma onu da deyim ki, insan üçün ailə də əsasdır. Mən istəyərəm ki, ailəm olsun. Çünki ailəyə sahib olmayan insan sadəcə boş-boş gəzər və sonda görər ki, heç kimə lazım deyil. Ailənin insan həyatında hansı rola malik olduğunu dərk etmişəm. Ona görə də ailə qurmağı planlaşdırmışam.

 

- Türkiyəli həmkarınız Doğuş, azərbaycanlı aparıcı Xoşqədəmlə ailə həyatı qurub. Xəbəriniz varmı?

 

- Yox, xəbərim yox idi. Bu barədə Azərbaycanda xəbərdar oldum. Allah xoşbəxt eləsin bildiyim qədəri ilə Xoşqədəm xanım da Azərbaycanda tanınmış bir aparıcıdır. İnşallah sevgiləri uzunömürlü olar. Doğuş da Türkiyədə önəmli olan bir ifaçıdır. İnşallah gözəl ömür sürərlər.

 

- Bir neçə gün öncə azərbaycanlı prodüser Təranə Səmədova aparıcılıq etdiyi “Hələ bu harasıdır?” adlı verilişində sizə evlilik təklifi etdi. Doğuş və Xoşqədəmdən sonra bəlkə siz də ailə qurasınız?

 

- Vallah nə bilim? Bir söz deyim?

 

- Buyurun?

 

- Açığı o aparıcıdan müsbət enerji aldım. Evlilik təklifi xoş oldu. Mən sevmədiyim insana qarşı yalandan süni şirinlik etmərəm. Təklifini düşünəcəm. (Gülür) Veriliş zamanı da mənə çox gözəl davrandı. Həmin xanım tərəfindən bəyənildiyimi eşitməyim, onu hiss etməyim, gözlənilməz idi.

 

Təranənin təklifinə “hə” dediniz?

 

(Düşünür...) Bilirsiniz, zaman nə göstərər, bunu bilmək olmaz. Həyatda hər şey qismətə bağlıdır.

 

 

 

# 2680
avatar

Yalçın UĞUR

Oxşar yazılar