Aygünün klipini həyat yoldaşı Kənan M.M. yox, Nail çəkir
26 sentyabr 2013 11:00 (UTC +04:00)

Aygünün klipini həyat yoldaşı Kənan M.M. yox, Nail çəkir

Rejissor Kənan M.M.-in həyat yoldaşı Aygün Mahmudova  ifa etdiyi “Getmə” mahnısına klip çəkdirir. Bu barədə Lent. az-a ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib. O, bildirib ki, klip çəkilişlərinə ötən gündən başlayıblar: “Bu, Aygünün ilk klipi olacaq. Ekran işi paytaxtımızın müxtəlif məkanlarında çəkilir, ifaçının tərəf müqabili yoxdur. Klipdə müasir texnikalarından da istifadə edilir. Güman edirəm ki, fərqli bir iş ərsəyə gətirəcəyik. Gözləməyə dəyər”.

 

 

Qeyd edək ki, mahnının musiqisi Ruslan Səfəroğlunun, sözləri Kənan M.M-dir. Klipin operatoru Emin Hüseynov, prodüseri Pərviz Oqtayoğludur.

 

 Klipin ilkin görüntülərini təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2881
avatar

Yalçın UĞUR

Oxşar yazılar