Bu gün xalq artisti Aygün Kazımovanın qızı müğənni İlqarə Kazımovanın (İbrahimova) doğum günüdür. Lent.az xəbər verir ki, İlqarənin 23 yaşı tamam olur. A.Kazımova qızını sosial şəbəkə vasitəsi ilə təbrik etməyi lazım bilib: “Qızım... Təbrik edirəm. Mamasının gözəl məstanı”. Onun bu təbriklərinə xalq artistinin pərəstişkarları və onu tanıyam dostları da yazdıqları şərhlərlə təbriklərini çatdırıblar.
Xatırladaq ki, ötən gün İlqarə dostlarını da bir araya yığaraq, ad gününü qeyd edib. Onun qonaqları sırasında “Eurovision-2011” təmsilçimiz Eldar Qasımov da olub.
Qeyd edək ki, hazırda yeni layihə üzərində çalışan İ.Kazımova Rusiyada Moskva Dövlət Universitetində menecment ixtisası üzrə qiyabi təhsil alır.