Hazırda Türkiyədə olan Aygün Kazımova həyata keçirdiyi layihələrdən danışıb. Müğənni Lent. az-a məşhur türk bəstəkarı ilə iş birliyindən söz açıb: “Əcnəbi duet ortağım Snoop Doggla etdiyim dünya layihəsindən sonra yeni bir proyektə imza atmaq üzrəyəm. Bundan əlavə, yeni albom hazırlıqlarına başlamışam. Hazırda adını sirr saxladığım türklər demiş, “Əfsanə kadın, əfsanə isim, əfsanə bəstəci, əfsanə söz yazarı” ilə iş birliyinə başladım. Albomumun ilk çıxış mahnısı da məhz bu xanımın bəstəsidir. Sizə deyə bilərəm ki, bu, növbəti partlayışım olacaq. Əsas odur ki, bir şeyi çox ürəkdən istəyirsənsə, o zaman arzularına çatırsan. Müəllimim Cavanşir Quliyev demişkən, doğurdan da şanslı biriyəm (gülür).
A. Kazımova onu da deyib ki, yeni albomdakı mahnıların əksəriyyətinin aranjemanı Murad Yeterə məxsus olacaq: “Yeni albomumda orkestr şefim, Türkiyənin seçilən bəstəkarı, davulçusu, əvəzolunmaz musiqiçisi Murad Yeterin aranjemanları daha çox yer alacaq. Hələ ki, çox açıqlama vermək istəmirəm. Bir neçə gündən sonra vətənə dönürəm, açıqlamalarımı gözləyin, susqunluğumun səbəbləri var, özəl yenilikləri tezliklə biləcəksiz”.