Brilliant- Aygün qalmaqalına müğənninin bacısı qızı Səidə Dadaşova münasibət bildirib. Onların qalmaqalının müvəqqəti olduğunu Lent. az-a söyləyən müğənni tərəflərin barışıq mesajını verib:
“Brilliant Dadaşova ilə Aygün Kazımova barışacaq. Bəzən ana ilə bala arasında da söz olur. Amma biləsiniz ki, bunlar müvəqqətidir. Onlar yenidən barışacaqlar. Çünki xalamın elə xasiyyəti, böyük ürəyi var ki, o, heç kimlə küsülü qalmır. Kaş, hər kəsin xalası belə ola. Onlar hər zaman dalaşırlar, sonra barışırlar. Yenidən barışacaqlar. Bu sənətdə həmişə belə qalmaqallar olur”.