Adriana Lima Türkiyəni tərk edir
16 iyul 2017 05:53 (UTC +04:00)

Adriana Lima Türkiyəni tərk edir

Braziliyalı model Adriana Lima ilə türk yazar sevgilisi Metin Haranın Bodrum tətili başa çatıb.

 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük İstanbula qayıdarkən görüntülənib. Lima ilə Hara qaldıqları məkanın işçi heyəti ilə xatirə fotosu çəkdiriblər. Hava limanında yoxlanılan əşyalar sırasında Metinin braziliyalı modelə aldığı boyunbağı diqqət çəkib.

 

Lima media nümayəndələrinə “Gələn il yenə gələcəyəm. Ömrümün ən gözəl 5 gününü keçirdim. Hamınıza təşəkkür edirəm” deyib. Adriana İstanbulda 3 gün qaldıqdan sonra dəfilədə iştirak etmək üçün Londona gedəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar