Bayram həyəcanını yaşadığımız bahar günlərində “İDEAL” şirkəti “İsaDora” kosmetikasının həvəskarları üçün sürpriz hazırlayıb-festival.
Martın 15-dən aprelin 15 -ə kimi “İDEAL” parfum və kosmetika mağazalarından 2 ədəd “İsaDora” məhsulu alan hər kəsi hədiyyələr gözləyir.
Festivalın əsas 3 qalibi isə super priz kimi mayın 18-də İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2013” mahnı müsabiqəsinin finalını izləmək üçün səyahət imkanı qazanacaq.
Xatırladaq ki, “İDEAL” mağazalarından əldə etmək imkanına sahib olduğunuz “İsaDora” brendinin əsası 1983-cü ildə İsveçdə ailə şirkəti “İnvima AB” tərəfindən qoyulub.
Kosmetik məhsullar istehsal edən aparıcı şirkətlərlə 40 ildən çox əməkdaşlıq “İsaDora” brendinə kosmetikanın bütün kateqoriyalarının istehsalında tətbiq edilən ən qabaqcıl texnologiyaları həyata keçirməyə imkan verir.
Brend həyatın sağlam ekologiyasının milli prinsiplərinə sadiqdir. “İsaDora” məhsullarının tərkibində ətirləndirici yoxdur.
“İsaDora” brendindən minlərlə hədiyyə qazanmaq, “We are one!” - “Biz birlikdəyik!” mahnı və gözəllik bayramında iştirak etmək şansını Sizə yalnız “İDEAL” parfum və kosmetika mağazalar şəbəkəsi yaradır.
Festival haqqında əlavə məlumatı “İDEAL” mağazalarından və www.ideal.az saytından əldə edə bilərsiniz.