“Playboy” jurnalı 64 illik tarixində ilkə imza atıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dərginin noyabr-dekabr buraxılışına model-transgender İnes Rau çəkilib.
Onun şəkilləri fotoqraf Derek Kettel tərəfindən lentə alınıb.
Qeyd edək ki, 26 yaşlı model 15 yaşında cinsiyyətini dəyişdirib. O, model sənəti üçün Fransada Amerikaya köçüb və burada ilk dəfə “Vogue” jurnalına çəkilib.