Sabah Röya Ayxan otellərin birində konsert verəcək. Bu barədə Lent. az-a müğənninin prodüseri Kənan Bayramov bildirib. O, deyib ki, Röyanın konserti əvvəlkilərdən o qədər də fərqlənməyəcək: “Konsert qabağı hər şey plan üzrə, öz qaydasında gedir. Röya bir saat ərzində sevilən mahnılarını oxuyacaq. Bundan əlavə, Röya “Gəmicilər” adlı mahnısını ilk dəfə təqdim edəcək. Konsert saat 22-də başlayacaq. Biletlərin qiyməti isə 50-80-120-150 manatdır”.
Qeyd edək ki, Röya hazırda ”Çarəsiz xəstəlik” ,” Yalnızlıq”, “Dastanlar yazalım” mahnıları üzərində işləyir.