"Eurovison 2018"də daha 10 ölkə finala çıxdı
11 may 2018 07:24 (UTC +04:00)

"Eurovison 2018"də daha 10 ölkə finala çıxdı

Portuqaliyanın paytaxtı Lissabonda mayın 10-da “Eurovision-2018” mahnı müsabiqəsinin ikinci  yarımfinalı keçirilib.

 

APA-nın xəbərinə görə, səhnəyə ilk olaraq Norveç təmsilçisi, “Eurovision-2009”-un qalibi Aleksandr Rıbak çıxaraq, özünün müəllifi olduğu  “That"s How You Write a Song” mahnısını ifa edib və finala vəsiqə qazana bilib.

 

Ümumilikdə ikinci yarımfinalda 18 ölkə finala keçmək uğrunda yarışıb. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb.  Bunlar Norveç, Serbiya, Danimarka, Moldova, Niderland, Avstraliya, Macarıstan, İsveç, Sloveniya və Ukraynadır.

 

Qeyd edək ki, mayın 8-də baş tutmuş birinci finalda 19 ölkənin təmsilçisi çıxış edib. Onlardan 10 ölkə finala vəsiqə qazanıb: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya. Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə  birinci çıxaraq "X my heart" mahnısını ifa edib.  Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr  - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

 

"Eurovision-2018"-in final mərhələsi mayın 12-də baş tutacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar