Tanınmış türkiyəli müğənni Ebru Gündeş bir müddətdir ki, villasından kənara çıxmır. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, alış-veriş etmək üçün də heç bir yerə getməyən müğənni bu dəfə bəyəndiyi mağazanı öz evinə gətirmək qərarına gəlib. O, bir nçə gün əvvəl İstanbulun mərkəzindəki lüks mağazalardan birinə zəng edərək məşhur markaların yeni məhsullarının evinə gətirilməsini istəyib. Mağaza müdiri dərhal mikroavtobusu yeni paltar və aksesuarlarla dolduraraq iki işçisi ilə birgə Ebrunun malikanəsinə göndərib. Müğənni İstanbulun Kanlıca qəsəbəsindəki villasında 4 saat ərzində 60 min lirəlik alış-veriş edib.