Azərbaycanı “Eurovision 2017” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın mahnısı və klipi təqdim edilib.
Lent.az-ın İTV-yə istinadən verdiyi xəbərə görə, “Dihaj” təxəllüsü ilə çıxış edəcək Diana Hacıyevanın “Skeletons” adlı mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.
Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək.