![[b]Azərbaycanın “Eurovision-2019” təmsilçisi İsraildə - FOTO[/b]](https://lent.az/storage/news/2019/april/09/big/c305a3c706a88d35618fb5bb3b0ec690.jpg)
[b]Azərbaycanın “Eurovision-2019” təmsilçisi İsraildə - FOTO[/b]
“Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayev yarışma çərçivəsində yayımlanacaq 30 saniyəlik video-çarxın çəkilişi üçün Tel-Əvivə gəlib.
Azərbaycanı və ifaçını təmsil edəcək video çarxın təqdimatı İctimai Televiziya və müsabiqənin rəsmi saytı Eurovision.tv-də olacaq
Qeyd edək ki, “Eurovision” təşkilatçılarının tərtib etdiyi bu ilki konsepsiya “Arzulamağa qərar ver: rəqs et”-dir. Konsepsiyaya əsasən Çingiz Mustafayev də daxil olmaqla çəkilişlər üçün müxtəlif ölkələrin təmsilçiləri İsrailin mədəni rəngarəngliyini biruzə verən, təkrarolunmaz məkanlarına gəlir və mütləq rəqs edirlər.
Uzun zamandır İsrailə səfər etməyi arzulayan təmsilçimiz gəzib görmək istədiyi yerlərin çox olduğunu bildirib. Ç.Mustafayevin çəkilişlər üçün seçdiyi məkan isə İsrail və Azərbaycan dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirəcək:
“Mən İsrailə səfər üçün hazırlaşmışdım, bu mənim üçün vacib səfərdir. Ümid edirəm ki, görmək istədiyim bütün məkanları ziyarət edə biləcəyəm. Təəssüratlarımı isə mütləq eksklüziv olaraq video bloqumda sizinlə paylaşacağam.”
Qeyd edək ki, Çingiz Mustafayev Tel-Əvivdə baş tutacaq “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.
(Trend)
Oxşar yazılar

Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24
Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46