“Toppuş bacı” - əməkdar artist Tünzalə Əliyeva tezliklə ailə quracağından danışıb. Lent. az-a açıqlama verən aktrisa bildirib ki, hazırda ailəsi ilə birgə Ağdaşa səfərə hazırlaşır: “Bildiyiniz kimi bu yaxınlarda “həri” verildi. İndi də qayınatam məni çağırıb, gedirəm onu görməyə. Allah bütün subaylara xeyir iş nəsib etsin. Toyum iyunda baş tutacaq. Əvvəl qız toyu, daha sonra isə Ağdaşda oğlan toyu olacaq”.