“Rembo” aldandığını 23 ildən sonra başa düşdü
14 aprel 2017 01:07 (UTC +04:00)

“Rembo” aldandığını 23 ildən sonra başa düşdü

Aktyor Silvestr Stallone "Warner Bros. Entertainment" kinostudiyasını məhkəməyə verib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor şirkəti "Dağıdıcı" filminə görə kassa gəlirindən payını vermədiyinə görə ittiham edir.

 

Los-Anceles məhkəməsində qaldırılan iddiaya əsasən, müqaviləyə görə "Dağıdıcı" filmi 125 milyon dollardan çox gəlir əldə etsə, studiya aktyora gəlirinin 15 %-ni ödəməli idi. Lakin şirkət bildirib ki, 57 milyon dollar büdcəsi olan film gəlir əldə etməyib.

 

Sonradan filmin dünya prokatında 159 milyon dollardan çox gəlir əldə etdiyi ortaya çıxanda Stallone vəziyyəti aydınlaşdırmağı tələb edib. Bu zaman şirkət ona 2.8 milyon dollarlıq qəbz göndərib.

 

Hazırda 71 yaşlı aktyor faizdən əlavə təzminat da tələb edir.

 

Qeyd edək ki, film 1993-cü ildə lentə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar