“Heç kim bilmir, uşağım var” – REPORTAJ
24 aprel 2013 14:17 (UTC +04:00)

“Heç kim bilmir, uşağım var” – REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

***

 

Ayanla görüşümüz heç vaxt alış-veriş etmədiyi bir marketin qarşısında oldu. Söhbət əsnasında öyrənə bildim ki, bir neçə gün qabaq  bazarlıq edib və özü çox nadir hallarda alış-verişə çıxır.

 

Marketə daxil oluruq. Bizi marketin rəhbərliyi qarşılayır. Çəkilişin nə məqsədlə olduğunu öyrənir, məmnuniyyətlə razılıq verir.

 

- Bazarlıq etməklə heç aram yoxdur. Çox nadir hallarda “Bazarlıq” edirəm. Çünki başım qarışıq olur, vaxt qalmır ki, alış-veriş edim. Bu işin öhdəsindən anam yaxşı gəlir. Elə ən son alış-verişi iki gün bundan qabaq edib. İndi mən bilmirəm nə alım. Sizin layihənizdə digər məşhur qonaqlardan bir ikisini sosial şəbəkədən izləmişdim. Deyərdim ki, çox fərqli bir layihədir. Düzdür, bunu hələ ki, Azərbaycanda edən olmayıb. Xarici ölkələrdə bu kimi layihələr olduğu halda, bizdə belə layihələr çox azdır. Demək olar ki, yoxdur. Bu işdə ilkə imza atdığınıza görə, sizin saytı təbrik etmək olar. Məhz layihənizdə növbəti qonaq kimi məni gördüyünüzə görə də, təşəkkür. Baxmayaraq ki, işlərim çoxdur. Amma sizin təklifinizi yerə salmaq istəmədim. Çünki həqiqətən də mən media ilə dostam.

 

 

***

 

İlk olaraq alış-verişə meyvə - tərəvəz almaqla başlayır. Burdan xiyar, pomidor və şaftalı alır. Daha sonra yaxınlaşırıq ət məhsulları satılan şöbəyə. Ayan deyir ki, ət məhsullarını o qədər də sevmir.

 

- Bizim evdə o qədərdə ət yeyilmir. Ancaq mal əti yeyilir o da çox az. Amma iki gün bundan öncə anam alıb. Bu səbəbdən də bu gün mal əti almayacam. Amma burada dəniz məhsullarını görürəm. Mən balıq, krivetka, ümumiyyətlə dəniz məhsullarını çox yeyirəm.

 

Dəniz məhsulları satılan bölmədən 2 kiloqram buzlu balıq və 1 kiloqramda krivetka alıb, keçirik şirniyyat satılan şöbəyə.

 

- Ayan, deyəsən çox şirniyyat yeyənsən?

 

- Həəə, bəs necə... Şirniyyat üçün ölürəm. Amma pəhrizdə olduğum üçün, iştahama güc gəlirəm. Yemirəm. Bilirəm yesəm, kökələcəm. Elə indi pəhrizə görə şirniyyat almıram. Özümü də güclə saxlamışam ki, almayım. Amma yox. Çayla içməyə müxtəlif cür konfet almalıyam. 

 

2 kiloqram müxtəlif cür konfet alıb keçirik parfümeriya bölməsinə. Bu şöbədən camaşır tozu, tualet kağızı, nəm salfet alır.

 

- Məhsul alan zaman keyfiyyət nişanına nəzarət edirsən?

 

 

- Belə tez-tez bazarlıq etməsəm də, keyfiyyət, holoqram nişanı, məhsulun istifadə müddətinə daim diqqət edirəm. Hər şeydən önəmli sağlamlıqdır. Düzdür, bazarlıq etdiyim məkanda məni tanıyırlar deyə, keyfiyyətsiz, zay məhsul təklif etməzlər. Hər kəsə məsləhətim budur ki, məhsulu alan zaman keyfiyyət nişanına, holoqram nişanına diqqət etsinlər.

 

 

 

 

Keçirik başqa şöbəyə. Ayan spirtli içki görcək, burada çəkiliş etməməyimizi təklif edir, daha sonra deyir:

 

- Yox, çəkin. Bilirsən, biz sənət adamı olduğumuza görə, medianın diqqət mərkəzindəyik. Bu üzdən spirtli içki alsam, söz-söhbət olacaq. Həm də ki, özüm sevmirəm spirtli içkiləri. Sadəcə mineral su və müxtəlif cür meyvə şirəsi alacam.

 

 

Ayan 2 ədəd mineral su, 4 ədəd də meyvə şirəsi alandan, yollanır uşaq yeməkləri  satılan bölməyə.

 

- Ayan, bildiyim qədər sən hələ ailə həyatı qurmamısan axı?

 

- Yalçın bilmirsən? Bunu hələ heç kim bilmir. Uşağım var. Özü də ikisi (gülür) Biri qara avtomobilim, biri də qırmızı avtomobilim. Bu sadəcə bir zarafatdır. Allah nə zaman nəsib etsə, ailə həyatı quracağam, övladım da olacaq. Amma indi bütün diqqətimi sırf yaradıcılıq işlərimə yönəltmişəm. Hələ ki, ailə həyatı qurmaq, ana olmağa hazırlaşmıram. Amma sizə deyim ki, bir zamanlar mənə uşaq yeməklərindən hazırlanmış resept yazmışdılar. Ancaq uşaq yeməyi yeyirəm. Həm də qohumumuzun bir uşaq var. Ona indi oyuncaq alacam.

 

Ayan qohumunun uşağına hədiyyə olaraq müxtəlif cür uşaq oyuncaqları alıb, alış-verişi yekunlaşdırmaq  qərara alır.

 

Bazarlıq edib, kassaya yaxınlaşarıq.

 

-  Səncə bazarlığa nə qədər pul xərclədin?

 

- Dəqiq deyə bilmərəm. Görək satıcının aparatı bizə nə qədər məbləğ göstərəcək?

 

 

 

Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.

 

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 109 manat, 20 qəpik...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6409
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Azərbaycanlı aktrisa 1 milyonluq saat   taxır? - Özü danışdı

Azərbaycanlı aktrisa 1 milyonluq saat taxır? - Özü danışdı

5 iyul 2024 , 17:06
“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

“Məni bir ton kömürə satdılar” - Məşhur aktyor

5 iyul 2024 , 16:40
Əməkdar artist  “Green Card” uddu - Ölkədən  gedir?

Əməkdar artist “Green Card” uddu - Ölkədən gedir?

5 iyul 2024 , 14:48
Burak Özçivitin göbəyi pərəstişkarlarını MƏYUS ETDİ

Burak Özçivitin göbəyi pərəstişkarlarını MƏYUS ETDİ

5 iyul 2024 , 14:35
Ulduz aktyor maşından tullanıb insanlara hücum etdi

Ulduz aktyor maşından tullanıb insanlara hücum etdi

5 iyul 2024 , 14:09
Xatirə İslam  ikinci bağ evini aldı

Xatirə İslam ikinci bağ evini aldı

5 iyul 2024 , 13:30
Nəfəsin canlı ifası tənqid olundu

Nəfəsin canlı ifası tənqid olundu

5 iyul 2024 , 12:25
Bloger Hüseyn müflis  olur

Bloger Hüseyn müflis olur

5 iyul 2024 , 11:59