Bu il İsveçrənin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Fərid Məmmədovun sosial şəbəkədə maraqlı videosu yayılıb. Lent. az-ın məlumatına görə, müğənni ifaçılıqla yanaşı, idmana olan sevgisini qısametrajlı rolikdə göstərib. Onun yarımçılpaq şəkildə çəkildiyi video-çarxda etdiyi akrobatik hərəkətlər bir çoxları tərəfindən maraqla qarşılanıb.