
“Eurovision 2019” Qüdsdə keçirilməyəcək
“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları və Avropa Yayım Birliyi (AYB) müsabiqənin gələn il Qüdsdə keçirilməsinə razılıq verməyib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar və AYB yarışın hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildiriblər.
Eyni zamanda qeyd edilib ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.
Qeyd edək ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O, “TOY” ("Oyuncaq") mahnısını ifa edərək, 529 xalla yarışmada birinci yerə çıxıb.
Bundan sonra İsrailin baş naziri Binyamin Netenyahu “Twitter” hesabında Nettanı təbrik edib və müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bəyan edib.
Oxşar yazılar

Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46
Son 5 ilin ən yaxşı fransız filmləri - komediya, dram
25 avqust 2025 , 12:10
"Netflix"lə məşhurlaşan aktyorlar - TOP10
25 avqust 2025 , 10:49
Azərbaycanda bu müğənni də tələbə oldu
23 avqust 2025 , 16:59
Ebru Gündeşin əri SAXLANILDI
22 avqust 2025 , 18:02
Müğənnilər sosial media reketçiliyində: baş rolda Röya!
22 avqust 2025 , 16:23
Zara verdiyi kilolarla tamam fərqli insan oldu
22 avqust 2025 , 10:22