
“Eurovision" təmsilçimiz haqqında BİLMƏDİKLƏRİMİZ
Hər il olduğu kimi, bu il də ölkəmiz "Eurovision" mahnı müsabiqəsində yer alıb. İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Eurovision-2019”da Azərbaycanı Çingiz Mustafayev təmsil edəcək.
Lent.az mövzunun aktuallığını nəzərə alaraq müğənni Çingiz Mustafayevin həyat və fəaliyyəti ilə sizi tanış edir:
Çingiz Mustafayev 11 mart 1991-ci ildə Moskvada anadan olub və 6 yaşınadək orada yaşayıb. Sovet İttifaqı dağıldıqdan sonra ailəsi Azərbaycana qayıdıb və Qazax rayonunda yaşayıb.
O, yeniyetmə yaşlarında gitarada ifa edib, mahnılar bəstələyib. Ç.Mustafayevin musiqiyə olan həvəsi ona atasından keçib. Belə ki, müğənninin bildirdiyinə görə, atası həvəskar piano ifaçısı olub.
13 yaşında olanda anası və qardaşı ilə Qazaxdan Bakıya köçüb. O, həmin dövrdə qatıldığı "Pop İdol" verilişinin Azərbaycan versiyasında qalib gəlib.
Çingiz Mustafayev ATV-də yayımlanan "Yeni ulduz” mahnı müsabiqəsinin qalibi olduqdan sonra peşəkar və böyük səhnədə məşhurluq qazanıb.
2013-cü ildə Yurmalada keçirilən “Yeni Dalğa” müsabiqəsində Azərbaycanı təmsil edən ifaçı, həmin müsabiqədə 11-ci yerə çıxıb. Daha sonra o, 2016-cı ildə Ukraynanın “Holos Krainy” səs yarışmasında iştirak edib.
İfaçı itləri, səyahəti və yoqanı çox sevir.
Qeyd edək ki, Azərbaycan milli musiqisini əsasən flamenko, rok və pop ilə qarışdıraraq ifa edən Mustafayev bu dəfə fərqli tərzdə çıxış edərək "Eurovision"da bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth" adlanan əsərini səsləndirəcək.
Xatırladaq ki, müsabiqənin yarımfinalları14 və 16 may tarixlərində, final isə mayın 18-də baş tutacaq.
Oxşar yazılar

Elza Seyidcahan bu dəfə ayaqqabısı ilə gündəm oldu
3 mart 2025 , 16:51
"Oskar" mərasimindən ən maraqlı görüntülər
3 mart 2025 , 14:12
Özcan Dənizlə bağlı istintaq: İfadə verəcək
3 mart 2025 , 13:16
Dilan Polat boşanır
3 mart 2025 , 00:00
"Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi
1 mart 2025 , 16:35
Con Kennedinin bir kişi ilə sevgi münasibəti olub
1 mart 2025 , 10:43
Özcan Dəniz Azərbaycanda: "Bakıya gəlməyi uzun zamandı gözləyirdik"-VİDEO
28 fevral 2025 , 22:17