“Eurovision-2013” də Azərbaycanı təmsil edəcək Fərid Məmmədov Yunanıstana gedib. Lent. az-ın məlumatına görə, Fərid Afinada ilk olaraq ALPHA TV-də Natalia Germanou və Themis Georgantasın aparıcılıq etdiyi "Mes Tin Kali" adlı populyar səhər proqramında iştirak edib. İfaçı Yunanıstana baş tutmuş ilk səfərindən və bu səfər zamanı yunan bəstəkarı Dimitrius Kontopoulosla əməkdaşlıq edəcəyindən söhbət açıb. Səfər zamanı o, başqa televiziya kanallarına da müsahibə verib.
Fərid yunan rejissoru Fokas Evangelinosla işləyəcəyi barədə də danışıb.