Dünən “Malmö Arena”da “Eurovision-2013” mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış etmiş iştirakçıların mətbuat konfransı olub. Lent. az-ın məlumatına görə, iştirakçıların hər biri finala vəsiqə qazandıqları üçün məmnun olduqlarını bildiriblər. Konfransda onların final günü hansı nömrə altında çıxış edəcəkləri müəyyənləşdirilib. Mayın 18-də keçiriləcək final konsertində Rusiya, Belçika, Belarus, Moldova, Estoniya, Niderland, Litva təmsilciləri birinci, Danimarka, Ukrayna, İrlandiya təmsilçiləri isə ikinci çıxış edəcəklər.
“Eurovision-2013” təmsilçilərinin mətbuat konfransı olub
1097