
Azərbaycanlı aparıcıda dəhşətli xəstəlik tapıldı
0
0
Lider TV-nin əməkdaşı Zərifə Çobanzadədə xərçəng xəstəliyi aşkar olunub.
Lent.az baku.ws-ə istinadən xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.
Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:
"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".
Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."
Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar" və "Kalorit" proqramlarının layihə rəhbəri və aparıcısı olub.
0
0
Oxşar yazılar

Cennifer Lopez moda qaydasını pozdu: ağ bluz, qabarıq cins şalvar və 45 min dollarlıq Birkin
6 sentyabr 2025 , 16:51
Məşhurlar niyə bir araya gəldi? - SƏBƏB
6 sentyabr 2025 , 16:18
Arda Turanın həyat yoldaşının 5 karatlıq üzüyü - FOTO
6 sentyabr 2025 , 15:22
Dünya "Moda kralı" Armani ilə VİDALAŞIR
6 sentyabr 2025 , 12:16
Şərurlu İsfəndiyar məşhur köynəyinin qiymətini açıqladı
6 sentyabr 2025 , 11:35
Şakira heyranlarını bikinili fotoları ilə sevindirdi
5 sentyabr 2025 , 18:44
Övladı gözəl olsun deyə modeldən 50 min dollara yumurta aldı
5 sentyabr 2025 , 16:54