Müğənni Kristina Aqileri həyat yoldaşı Metyu Ratleri ad günü münasibəti ilə təbrik edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ərinə hamburger şəklində bişirilmiş tort hədiyyə edib.
Metyu qeyri-adi hədiyyənin fotosunu İnstaqramda izləyiciləri ilə bölüşüb. Şəkildə cütlüyün qızları Sammer Reyn də yer alıb.