
10 konsertdən 850 min avro qazanacaq
0
0
Oktyabr ayında Avropa turnesinə çıxmağa hazırlaşan Tarkanın konsert başına 85 min avro alacağı öyrənilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqastar 10 konsertdən 850 min avro qazanacaq.
Məlumata görə, Tarkan 2019-cu il Avropa turnesinə oktyabrda Londonda başlayacaq. Daha sonra İsveç, Hollandiya, Avstriya, İsveçrə və Almaniyaya gedəcək meqastarın konsert başına 85 min avro əldə edəcəyi öyrənilib. Bütövlükdə 10 konsert verəcək Tarkan, 850 min avro qazanacaq.
Qastrol çərçivəsində keçiriləcək konsertlərin təşkilatçılıq xərclərini də ayrı tutacağı danışılan Tarkan 27 nəfərlik ansamblla səfər edəcək. Xüsusi gecələr üçün isə 250 min avro aldığı iddia edilən meqastarın sentyabr ayında isə Harbiyedə konsert verməsi gözlənilir.
0
0
Oxşar yazılar

Şərurlu İsfəndiyar məşhur köynəyinin qiymətini açıqladı
6 sentyabr 2025 , 11:35
Şakira heyranlarını bikinili fotoları ilə sevindirdi
5 sentyabr 2025 , 18:44
Övladı gözəl olsun deyə modeldən 50 min dollara yumurta aldı
5 sentyabr 2025 , 16:54
Məşhur siam əkizlərinin övladı oldu -FOTOLENT
5 sentyabr 2025 , 12:48
Məşhur cütlüyün nağıl kimi bal ayı - FOTO
5 sentyabr 2025 , 12:18
Məhkəmə Vəfa Şərifovanı təhqir edən qadına CƏZA VERDİ
4 sentyabr 2025 , 17:54
Corco Armani vəfat etdi
4 sentyabr 2025 , 17:27