Prodüser Mədinə Məliklə aparıcı Vüsalə Əlizadə arasındakı söz davası səngimək bilmir.
Lent.az-ın məlumatına görə, Vüsalənin söylədiyi "Bəzi sənət adamları zəng edirlər ki, bizi çağırmırsınız, kartof təmizləyəni çağırırsınız. Deməli, siz hələ də o səviyyədə deyilsiniz. Bəziləri buna layiqdir", - fikirləri cavabsız qalmayıb.
Mədinə instaqramda canlı açaraq, Vüsaləyə bu sözləri deyib: "Ad çək, necə mən ad çəkdim, sən də eynən. Adımı çəkəndən sonra mənə nələr danışmısan hamısını deyəcəm. Əgər sözü ünvanlı deyirsənsə, ad çəkərək de. Mərd ol, cavabını verim. Efirdə "kartof, qazan, səbzi"dən danışırsan. İkincisi, rəhbərliyin adını çəkirsən. Mən hər zaman düz sözü dediyimə görə "qadağa"da olmuşam. Məni qadağa ilə qorxutma. O kanalda ki, məni aparıcı qadağaya qoyacaq... Məni elə şeylə qorxutma.
Səni restoranda aparıcı olan zaman mindirib maşınıma evinə aparmışam. Hansı məqamda sənə dəstək olmuşam deyərəm. İstəmirəm belə ucuzluğa gedim, amma sən məni məcbur edirsən. Zəng edəndə mənə deyirlər köməkçimlə danış, mən də inciyirəm. Sənin ailəni tanıyıram, indi statusunu qaldırıb, deyirsən, köməkçimlə danış. Sənə efir üçün zəng etməmişəm, efir xəstəsi deyiləm. Yetərincə dostlarım var, onların verilişində görünürəm. Reytinqdə onların yanından keçə bilməzsən".