Dünyaca məşhur aktyor Jan-Klod Van Dammın prodüseri sənətçinin Rumıniyada cinayətkar insan alveri şəbəkəsinin xidmətlərindən istifadə etməsi ilə bağlı ittihamlara münasibət bildirib.
Lent.az xəbər verir ki, onun sözlərini “People” nəşri yayıb:
"Biz Kannda Jan-Klod Van Dammın iştirak etdiyi iddia edilən hadisələrdən xəbərdar olmuşuq. O, bu absurd və əsassız şayiələri şərh etmək və ya qızışdırmaq istəmir", - aktyorun nümayəndəsi bildirib. O qeyd edib ki, mətbuatda yayılan faktlar qroteskdir və heç nə ilə dəstəklənmir.
Qeyd edək ki, aprelin 2-də Van Dammın yetkinlik yaşına çatmayanlar da daxil olmaqla insan alverində iştirakda ittiham olunduğu bildirilir. İddialara görə, aktyor Kannda rumıniyalı beş gənc qızla birlikdə olub. Ona qarşı irəli sürülən ittihamları belə görüşlərdə iştirak edənlərdən biri də təsdiqləyib.