Əməkdar artist Firuzə İbadova müğənni Türkan Vəlizadəni tənqid edib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə MTV-də danışıb:
"Bir az ciddi musiqi ifa etsəydi: xalq mahnıları, gözəl bəstəkarların mahnılarını oxusun. Bir az belə mahnılarla yaddaşlarda qalsınlar. Özlərində kodlaşdırılmış cümlədir ki, bunu oxumasam toya aparmayacaqlar. Keyfiyyətli musiqi ilə insan həm xalqın yadında, həm tarixdə qalar".