Türkiyənin tanınmış müğənnisi Cengiz Kurtoğluna həbs cəzası tələb olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mustafa Can ilə Cengiz Kurtoğlu qatıldıqları ad günü tədbirində dalaşıb. Buna səbəb Cengiz Kurtoğlunun söhbət zamanı Canın Orhan Gencebayı pisləməsi olub.
Bildirilib ki, mübahisə zamanı şübhəli Kurtoğlu şikayətçini söyüşlərlə təhqir edib, sonra onun üzünə yumruq atıb.
Qeyd edək ki, Cengiz Kurtoğlunun "sadə xəsarət"ə görə 4 aydan 1 ilədək, "təhqirə" görə isə 3 aydan 2 ilədək, ümumilikdə 7 aydan 3 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.