Tanınmış müğənni ilə bəstəkar arasında  mahnı QALMAQALI
18 oktyabr 2024 17:04 (UTC +04:00)

Tanınmış müğənni ilə bəstəkar arasında mahnı QALMAQALI

“Tanınmış müğənni Çinarə Məliyin ifa etdiyi “Mən özüm gedərəm” mahnısı mənim mahnımın plagiatıdır. Sözləri də bənzəyir, melodiyası da. Dost olduğu üçün bir söz deyə bilmirik. Müğənnilər var, yanıma gəlir, yalvarır, mahnı ver, tanınsın, yazıram, verirəm, trendə düşür, efirə çıxır adımı çəkmir”.

Bu fikirləri Lent.az-a müğənni - bəstəkar, meyxanaçı Tural Hüseynov səsləndirib.

“Canana mahnı yazmışam, mahnımla efirə çıxıb, mahnının adını çəkir, bəstəkarın adını çəkmir, niyə? Haqqıma niyə girirsiniz?

Mahnının sahibi mənəm, əlbəttə, adımı çəkməlisiniz. Ortalıqda gəzən müğənnilərə isə demək istəyirəm, çox ortada gəzməsinlər, ayaq altda qalarlar.

Öz musiqilərimiz qalıb qıraqda, gedib özbək musiqilərini alırlar. Əvvəllər İran mahnılarına dadanmışdılar, indi də özbəklərə. Böyük işlər görmək lazımdır ki, illərlə yaddaşda qala bilək”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar