Müğənni Rita Dakota ailəsi ilə birlikdə Rusiyanı tərk etmişdi.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi hazırda Amerikadadır. Bu barədə o şəxsi bloqunda etiraf edib.
“Bir çoxları harada olduğumuzu artıq təxmin edib. Həqiqəti deməyin vaxtı gəldi. Bu dəfə mən və ailəm Los-Ancelesə gəldik”, - müğənni bildirib.
O, ABŞ-da konsert verməyəcəyini, bir neçə ay burada turist kimi qalacağını qeyd edib.